əlifba kataloqu

Normativ sənəd adlarının əlifba qaydasında toplusudur. Bu kataloqda sənədin titul vərəqində nömrəsinin göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün sənəd topluları əks etdirilir

əlavə məsuliyyətli cəmiyyət
əlil
OBASTAN VİKİ
Əlifba
Əlifba (ərəb. أبجدي‎) — İnsan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi. Hərflərin müəyyən qayda ilə düzülüşü əlifba adlanır. Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının, eləcə də keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır.
Hipparkos Kataloqu
Hipparkos kataloqu (HIP) — Hipparcos kosmik teleskopu ilə 1989-1993-cü illərdə ulduzların qeydə alındığı kataloq. Ən dəqiq ulduz kataloqu hesab edilir.
Köxel kataloqu
Köxel kataloqu (alm. Köchel-Verzeichnis‎, ing. Köchel catalogue) — Lüdviq fon Köxel tərəfindən yaradılmış Volfqanq Amadey Motsartın əsərlərinin xronoloji ardıcıllıqla sıralandığı kataloqdur. Adətən K. və ya KV. abbreviaturası ilə qeyd edilir. Əsərlərin Köxel kataloqundakı sıra nömrələri onların bəstəkarın yaradıcılıq xronologiyasında tutduğu yeri göstərməklə, həm də əsərin özünə qısa istinad verir. Köxelin sırlamasına görə "Rekviyem re-minor" Motsartın 626-cı əsəri olduğuna görə "К. 626" nömrəsi ilə qeyd edilir; lakin, Köxelin orijinal kataloqu (1862) iki dəfə redaktə edilmişdir və buna görə də bəzi əsərlər (məsələn "Valtorn üçün birinci konsert K.(412+514)/386b") üç KV. nömrəsinə malikdir. == Tarixi == Motsartın vəfatından sonrakı onilliklərdə onun əsərlərinin kataloqlaşdırılmasına bir neçə dəfə cəhd edilmişdir. Franz Qlyesner və İohann Anton Andre tərəfindən hazırlanmış kataloq tam olmasa da 1833-cü ildə çap edilmişdir. Motsartın əsərlərinin əhatəli tam kataloqu Lüdviq fon Köxel tərəfindən hazırlanmış və 1862-ci ildə ilk dəfə nəşr edilmişdir. Köxelin 551 səhifəlik kataloqu “Chronologisch-thematisches Verzeichnis sämmtlicher Tonwerke W. A. Mozarts” (azərb.
Ulduz kataloqu
Ulduz kataloqu — ulduzları siyahıya alan astronomik kataloq. Astronomiyada bir çox ulduz sadəcə kataloq nömrələri ilə ifadə edilir. İllər ərzində fərqli məqsədlər üçün çıxarılmış çox sayda fərqli ulduz kataloqu var. Ulduz kataloqu babillilər, yunanlar, çinlilər, farslar və ərəblər də daxil olmaqla bir çox xalq tərəfindən yaradılmışdır. Müasir kataloq elektron formatda mövcuddur və sərbəst kosmos agentliklərinin məlumatları bazasında saxlanılır.
Əlifba qülləsi
Əlifba qülləsiing. Alphabetic Tower— Əlifba Qülləsi (gürcü: ანბანის კოშკი, lat. Anbanis K'oshki), Gürcüstanın Batumi şəhərində 130 metrlik bir quruluşdur. Qala gürcü əlifbasının və xalqının unikallığını simvollaşdırır. Bu quruluş, DNT dizaynını tanış ikiqat sarmalda birləşdirir. Qüllədə hər biri 4 metr olan və alüminiumdan hazırlanmış gürcü əlifbasının 33 hərfindən ibarət iki spiral lent üstünlük təşkil edir. Binanın mərkəzində nəhəng gümüş topun yerləşdiyi binanın tacında, binanın ən üst hissəsinə aparan açıq bir lift mili var. == İnkişafı == Əlifba Qülləsi İspan şirkəti CMD Domingo y Lázaro Ingenieros (Alberto Domingo Cabo və Carlos Lazaro) tərəfindən inşa edilmişdir. Tikintiyə 10 oktyabr 2010 -cu ildə başlanmış və binanın xarici hissəsi 2011 -ci ilin dekabrında tamamlanmışdır. Binanın inşasına 65 milyon dollar xərclənmişdir .
Aaarne-Tompson Kataloqu
Aaarne-Tompson Göstəricisi — Aarne-Tompson-Uther İndeksi (ATU İndeksi) folklorşünaslıqda istifadə olunan nağıl süjetlərinin göstəricisidir. ATU İndeksi bir qrup beynəlxalq alim tərəfindən edilən ümumiləşdirmə və təkmilləşdirmənin məhsuludur: İlk dəfə 1910-cu ildə fin folklorşünası Antti Aarne tərəfindən alman dilində tərtib edilmişdir; sonralar göstərici ingilis dilinə tərcümə edildi, təkmilləşdirildi və Amerikalı folklorşünas Stis Tompson tərəfindən genişləndirildi (1928, 1961); 2004-cü ildə isə alman folklorşünası Hans-Yorq Uter tərəfindən yenidən nəzərdən keçirilərək təkmilləşdirildi . == Nağıl növünün müəyyənləşdirilməsi == Tompson "Xalq nağılı"nda nağıl növünü belə müəyyənləşdirir: Nağıl, bir növ, müstəqil varlığa sahib olub ənənəvi xarakter daşıyır. Tam bir povest kimi izah edilə bilər və mənasından başqa heç bir nağıldan asılı deyil. Həqiqətən başqa bir nağılla izah edilə bilər, ancaq təkbaşına izah edilə bilməsi onun müstəqilliyini təsdiqləyir. Yalnız bir və ya bir neçə motivdən ibarət ola bilər. S.Tompsonun Aarne sisteminə gətirdiyi yeniliklərdən biri də zəncirvari nağılları və təsnifata daxil edilməyən nağılları ayrıca qrup şəklində verməklə Aarne sistemindəki bölgünü bir qədər genişləndirməsi oldu. Bu kimi dəyişikliklərdən sonra həmin kataloq beynəlxalq aləmdə Aarne-Tompson göstəricisi (bundan sonra AT) kimi tanınmağa başlayır. == Tarix == Avstriya konsulu İohann Georq von Hann, 1864-cü ildə nəşr olunan Yunanıstan və Albaniya folklor kitabına giriş olaraq qırx dörd nağıl "düstur"un ilkin təhlilini hazırladı. Sabine Barinq-Kold, 1866-cı ildə von Hannın siyahısını tərcümə etdi, əlli iki nağıl növünə qədər genişləndirərək, "Nağıl radikalları" kitabında çap etdirdi .
Azərbaycanda əlifba islahatları
Azərbaycan dilində Əlifba islahatları — Çoxəsrlik yazı ənənələri olan Azərbaycan dilində zəngin ədəbiyyat yaradılmışdır. XX əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. 1918-cu ilin dekabrında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdir. Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin Aprel işğalı (1920) milli hökumətə bu layihəni reallaşdırmağa imkan vermədi. Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı. Azərbaycan MİK 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi.
Beynəlxalq fonetik əlifba
Beynəlxalq fonetik əlifba (BFƏ) (ing. International Phonetic Alphabet, fr. Alphabet phonétique international) — latın əlifbası əsasında transkripsiyaların yazılması üçün işarə sistemi. Beynəlxalq Fonetika Assosiasiyası tərəfindən hazırlanıb və dəstəklənir. Bu əlifbadan əsasən xarici dil müəllimləri, tələbələr, dilçilər, loqopedlər, müğənnilər, aktyorlar, leksikoqraflar və tərcüməçilər faydalanırlar. BFƏ yalnız şifahi nitqdə fərqli olan nitq keyfiyyətlərini göstərmək üçün nəzərdə tutulmuşdur: fonemlər, intonasiya, sözlərin və hecaların ayrılması. Əlavə nitq xüsusiyyətlərini (diş qıcırtması, yırtma, damaq yarığının yaratdığı səslər) çatdırmaq üçün əlavə bir simvol dəsti — BFƏ uzantıları istifadə olunur. Transkripsiya əlifbası Beynəlxalq Fonetik Birliyi tərəfindən redaktə olunur və dəyişdirilir. 2005-ci ildən etibarən BFƏ 107 hərf simvolu, 52 diakritik simvol və 4 prosodi simvolunu əhatə edir. == Tarixi == 1886-cı ildə Fransız dilçi Pol Passinin rəhbərlik etdiyi bir qrup Fransız və İngilis dili müəllimləri 1897-ci ildən etibarən (fr.
Kəpənək qanadlarındakı əlifba
Kəpənək qanadlarındakı əlifba Norveçdə anadan olmuş fotoqraf Kjell B.Sandved tərəfindən hazırlanmış foto işdir. Sandved Vaşinqtonda Smithsonian İnstitutunun tərkibində olan Milli Təbiət Tarixi muzeyində işləyib və təsadüfən o, latın əlifbasının hərflərini və ərəb rəqəmlərini kəpənək qanadlarındakı nümunələrdə tapmaq fikrinə gəlib. Foto ekskursiyaları onu Braziliya, Konqo, Papua-Yeni Qvineya və Filippinə aparıb çıxardı. 1975-ci ildə o, əlifbasını tamamladı və "Smithsonian" jurnalında dərc etdirdi.
Türkiyə əlifba inqilabı
Türkiyə əlifba inqilabı — Türkiyədə 1 noyabr 1928-ci il tarixində 1353 saylı "Yeni Türk hərflərinin qəbul və tətbiqi haqqında Qanun"un qəbul edilməsi və yeni əlifbanın yerləşdirilməsi prosesinə ümumi olaraq verilən addır. Bu qanunun qəbul edilməsi ilə həmin günə qədər istifadə olunan ərəb hərflərinə əsaslanan Osmanlı əlifbası formalaşmadı və latın hərflərinə əsaslanan Türk əlifbası qüvvəyə mindi. Türk əlifbasının məzmunu Latın qrafikasını yazı sistemlərində istifadə edən digər ölkələrin əlifbaları ilə eyni deyil, ancaq türk dilindəki səslərin (Ç, Ş, Ğ, I, İ, Ö, Ü) qarşılanması üçün onlardan alınan hərflərdən ibarətdir. Bundan başqa, hərflərin türk əlifbasındakı oxunuşu Qərb dillərindəki hərflərin oxunuşundan fərqlidir. Məsələn, C hərfi Türk əlifbasında /d͡ʒ/, İngilis əlifbasında /ˈsiː/ tələffüz olunur. == Tarixi == 10-cu əsrdən etibarən türklər ərəb əlifbasını (əvvəllər İslam mədəniyyətinin vazgeçilmez bir elementi) İslam dini ilə birlikdə onu səs səs sisteminə uyğunlaşdıraraq qəbul etdilər. Növbəti 900 il ərzində həm Qərb (Osmanlı), həm də Şərq türk ləhcələri ərəb əlifbasının bir türk variantında yazıldı. Türkiyədə əlifba islahatı təklifləri 19. əsr ortalarından etibarən duyulmağa başladı. Təkliflər ikiyə bölündü: Osmanlı yazısının düzəldilməsini istəyənlər, Latın hərflərinin mənimsənilməsini istəyənlər.
Dərman bitkilərin əlifba göstəricisi
== A ==
Əlifba sırasına görə paytaxtların siyahısı
== Həmçinin bax ==
Azərbaycan Xalq Cümhuriyyəti Əlifba İslahatı Komissiyası
Əlifba İslahatı Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ölkə əhalisinin maarifləndirilməsini sürətləndirmək məqsədilə həyata keçirdiyi tədbir. == Komissiyanın yaradılması == 1919-cu il martın 21-də Cümhuriyyət Hökumətinin qərarı ilə Xalq Maarifi Nazirliyinə ərəb əlifbasının islahatı üzrə xüsusi Hökumət komissiyası yaratmaq və komissiyanın hazırladığı təklifləri baxılmaq üçün Nazirlər Şurasına təqdim etmək tapşırılmışdı. Bu qərara əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin üzvü Xudadat bəy Məlik-Aslanovun sədrliyi ilə Xalq Maarifi Nazirliyi yanında ərəb əlifbasının islahatı üzrə xüsusi komissiya yaradılmışdı. Əlifba islahatı, hər şeydən öncə, maarifçilik, xalq təhsilinin milliləşdirilməsi sahəsində Hökumətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə birbaşa xidmət etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət və qayğısı ilə fəaliyyət göstərən komissiya tezliklə bir neçə əlifba layihəsi hazırlayaraq Hökumətə təqdim etmişdi.Həmin layihələr arasında müəllim Abdulla bəy Əfəndizadənin hazırladığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul olunmuşdu. A. Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçidin zəruriliyi ilə bağlı 1919-cu ildə Bakıda "Son türk əlifbası" adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın əlifbalarını müqayisəli şəkildə vermiş, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincininisə daha münasib olduğunu zəngin dil faktları ilə əsaslandırmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əlifba islahatı sahəsində həyata keçirdiyi ilk əməli addımlar Aprel işğalı nəticəsində yarımçıq qaldı. == Aprel işğalından sonra == Azərbaycan Xalq Cümhuriyyəti dövründə artıq reallaşmaq ərəfəsində olan əlifba islahatı ideyasına 1921-ci ildə Sovet Azərbaycanında yenidən qayıdıldı. Bu məsələnin geniş müzakirəsindən sonra Nəriman Nərimanovun imzaladığı xüsusi dekretlə Azərbaycanda əlifba islahatı üzrə Yeni Türk Əlifba Komitəsi yaradıldı.
Yeni əlifba yollarında əski xatirə və duyğularım (əsər)
Yeni əlifba yollarında əski xatirə və duyğularım — Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə adlı qələmə aldığı memuar tipli xatirələrdir. == Haqqında == “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-ci ildə ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü. 11 fevral 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir.Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. === Məzmun === Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir. Son hissə “Türküstanda istifadə edilən müxtəlif əlifbalar və onlara tarixi nəzər” adlı yarımbaşlığın təqdimi ilə bitir.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)
аккредити́в впереко́р дифференци́рование недо́йный обли́ться по-ва́шему прижива́лка формацио́нный шелково́дческий шпигова́ние эскепи́зм ягни́ться засти́л ры́льце в пуху у кого-л трено́житься мнас aerobiology howbeit lingonberry microtherm повадиться предплюсна премьерша успешный фрахтовка